Ukrayna Müdafiə Qüvvələrinin bölmələri "Geran"/"Gerbera" tipli zərbə pilotsuz uçuş aparatlarının (PUA) iki yerüstü idarəetmə retranslyatorunu və Rusiya qoşunlarının beş PUA idarəetmə məntəqəsini vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, avqustun 13-ü ərzində və avqustun 14-nə keçən gecə Ukrayna hərbçiləri Xerson vilayətinin Jeleznıy Port ərazisində zərbə dronlarının iki yerüstü idarəetmə retranslyatorunu vurublar.
"Yerüstü retranslyator onun tətbiq məsafəsini və sabitliyini artıraraq, operatorla pilotsuz uçuş aparatı arasında idarəetmə və rabitə siqnallarının ötürülməsini təmin edir", - məlumatda bildirilib.
Bundan əlavə, Ukrayna bölmələri həmin ərazidə Rusiya qoşunlarının beş PUA idarəetmə məntəqəsini vurublar.
Oxunub: 0