dini radikalizm və ekstremizmlə mübarizə

Narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirləri hər zaman diqqət mərkəzində saxlanılır.


Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün də xususilə aktual xarakter daşıyır. Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Bu istiqamətdə görülən tədbirlər Mingəçevir şəhər Polis şöbəsinin təşkilatçılığı ilə davam etdirilir. Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyatı üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə şəhərin orta və ali təhsil ocaqlarında şagirlərlə maarifləndirici söhbətlər aparılır.
Bu dəfə polis əməkdaşları şəhərin 3 saylı məktəbində olublar. Əvvəlcə məktəbin direktor əvəzi Çinarə Təhməzova məktəb haqqında ümumi məlumat verib.Daha sonra tədbirdə çıxış edən şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şagirdlərə əvvəlcə Polis Akademiyasına qəbul şərtləri, üstünlükləri və oradakı maddi-sosial imkanlar barədə geniş məlumat verib.
Polis rəisi şagirdlərə narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal olmasının vacibliyini vurğulayıb və gənclərə zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edib.Sosial şəbəkələrdən istifadə zamanı onlara ehtiyatlı davranmaqlarını da tövsiyə edib. O, həmçinin ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
Tədbir çərçivəsində polis əməkdaşları gənclərə yol hərəkəti qaydaları, antinarkotik təbliğat və digər zərərli vərdişlər barədə məlumat verərək onları maarifləndiriblər.
Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova öz çıxışında belə maarifləndirici tədbirlərin təhsil ocaqlarında keçirdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq bildirib.
Sonda şagirdlərin sualları cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir






Oxunub: 148
Oxşar xəbərlər
SON XƏBƏRLƏR