İran Prezidenti Məsud Pezeşkian ölkədə istehsal olunan məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb. O, standartlara əməl edilməsinin enerji resurslarından səmərəli istifadə, milli sərvətlərin qorunması və gələcək nəsillərin maraqlarının təmin olunması baxımından əhəmiyyətini qeyd edib.
Bu barədə İranın İRNA xəbər agentliyi Prezident Administrasiyasına istinadən məlumat yayıb.
Prezident bildirib ki, insanların keyfiyyətli və təhlükəsiz məhsullardan istifadə etmək hüququ var
“İnsanların əldə etdikləri mal və xidmətlərin sağlamlıq, təhlükəsizlik və keyfiyyət baxımından etibarlı olduğuna əmin olmaq hüququ var. İstehsalçılar da şəffaf, ədalətli və etibarlı qaydalar əsasında fəaliyyət göstərməlidirlər”, – deyə o bildirib.
Oxunub: 0