Oktyabrın 13-də Bakının Yasamal və Xətai rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Mehman Bünyadzadə, Məhəmməd Xiyabani, Rahib Tağıyev və Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xətai rayonunda isə saat 09:30-dan 13:00-dək Cavanşir, Corat, Xudu Məmmədov, İlham Məmmədov, Əhmədli yolu 8 və 9-cu dairəvi küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.
Oxunub: 42