dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təcrübə keçəcək yeni könüllüləri qəbul etdi


Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstərirlər. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinə növbəti təcrübə keçmək üçün 4 gənc qəbul edildi.
İcra Hakimiyyətinin könüllülər üzrə koordinatoru Taryel Şükürov məlumat verərək bildirdi ki, artıq təcrübə keçmək üçün ŞİH-nə cəlb olunan könülülərin sıraları genişlənir.
Qeyd edək ki, onların hər biri 2 ayın yekununda İcra Hakimiyyəti tərəfindən şəhadətnamə ilə təmin olunur.
Könüllüləri qəbul edən İcra başçısı İlham İsmayılov Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda da bu ideologiya ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilidiyini bildirib. Başçı qeyd edib ki,respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətləri var:” Biz çalışırıq ki, şəhər İcra Hakimiyyətinə aid olan səlahiyyətlər çərçivəsində fəaliyyət davam etdirilsin. Könüllülük fəaliyyətinin azərbaycanda artıq səmərəsi görünür.Yəni Könüllülük İnstitutunun yaranması əslində gənclərin gələcək həyata hazırlanması və peşəkar fəaliyyətdə bir vəsilədir”.
Sonda icra başçısı gənclərə könüllülük fəaliyyətində uğurlar arzuladı və yeni könüllülərə öz məsləhətlərini çatdırdı.

Esmira Hidayətova,Mingəçevir.




Oxunub: 31
Oxşar xəbərlər
SON XƏBƏRLƏR