dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Gənclər evində “nəsillərin görüşü “


Yaşlıların sərvəti onların gənclərə örnək həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür.Onu da qeyd etmək yerinə düşərdi ki, yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək, nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından da zəruridir.
Üçüncü Bahar Yaşlılara Dəstək İçtimayi Birliyinin Mingəçevir "Yaşa"Mərkəzinin üzvləri 2 fevral Gənclər Günü ərəfəsində Şəhər Gənclər Evində qonaq olublar. "Nəsillərin görüşü" adlı tədbirdə iki nəslin nümayəndələrı maraqlı fikir mübadilələri aparıblar. İki nəsil arasında maraqlı söhbətlər olub. Birliyin üzvü Validə Əlizadə gənclərə öz dəyərli məsləhətlərini verib. 90 yaşlı xanəndə Ağagül Əliyevin maraqlı söhbətləri,oxuduğu musiqi nömrələri gənclər tərəfindən maraqla qarşılanıb. Tədbir boyu gənclər də qonaqlara öz musiqi töhvələrini ərmağan ediblər. Birliyin üzvüləri xanımlar gözəl musiqi nömrələri təqdim ediblər.Tədbirin sonunda xatirə şəkilləri çəkilib,gənclər yaşlı insanların əl işlərindən ibarət sərgiyə də baxıblar. Görüş maraqlı anlarla yaddaşlara həkk olundu.

Esmira Hidayətova,Mingəçevir









Oxunub: 107
Oxşar xəbərlər
SON XƏBƏRLƏR