Ülfət Qurbanov: “ Klinik protokolların tətbiqi ilə tibbi xidmətlərin keyfiyyəti artırılacaq”.
Bu sözləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov bu gün xəstəxanada keçirilən klinik protokolların tətbiqi ilə bağlı iclasında deyib.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi xidmətlərin keyfiyyətinin artırılması və beynəlxalq klinik standartlara uyğunlaşdırılması məqsədilə geniştərkibli iclas keçirilib. İclasda xəstəxananın rəhbərliyi, şöbə müdirləri və həkim kollektivi iştirak edib.
Tədbirin əsas məqsədi müasir tibbə əsaslanan tibbi xidmətlərin tətbiqi, müasir klinik protokolların praktikada istifadəsi və xəstə məmnuniyyətinin daha da yüksəldilməsi olub. İclas zamanı iştirakçılara tətbiq olunan klinik protokolların əhəmiyyəti, onların xəstəliklərin diaqnostika və müalicəsindəki rolu, həmçinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmış yanaşmalar barədə ətraflı məlumat verilib.
Xəstəxananın direktoru Ülfət Qurbanov çıxışında vurğulayıb protokolların tətbiqi ilə tibbi xidmətlərin keyfiyyəti artırılacaq, tibbi səhvlərin qarşısı alınacaq və pasiyentlərə daha təhlükəsiz, effektiv müalicə təmin ediləcək. O, bütün tibb heyətini bu yanaşmalara əməl etməyə və daim biliklərini artırmağa çağırıb.
İclasda həmçinin müasir protokolların tətbiqi ilə bağlı tibb heyətinə xüsusi təlimlərin keçirilməsi və müvafiq təcrübə mübadiləsinin təşkil olunacağı bildirilib. Tədbir zamanı iştirakçılar öz suallarını və təkliflərini verərək müzakirələrə qatılıblar.
Qeyd edək ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında beynəlxalq standartlara uyğun tibbi xidmət göstərmək məqsədilə bu istiqamətdə görülən işlər geniş miqyasda davam etdiriləcək.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 246