dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir: polis əməkdaşları məktəblilərlə maarifləndirici söhbət aparıblar


Mingəçevir şəhər polis şöbəsinin təşkilatçılığı ilə şəhərin 12 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır”, “yol hərəkəti qaydalarına əməl edək” mövzularında görüş keçirilib. Tədbir bəşəriyyət üçün getdikcə faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa səsləmək, yeniyetmələri bu sahədə maarifləndirmək məqsədilə keçirilib. Əvvəlcə məktəbin direktoru Arifə İsayeva məktəb haqqında və görüşün mahiyyəti barədə məlumat verib. Polis əməkdaşlarına bu kimi tədbirlərin məktəblərdə keçirilməsinə görə minnətdarlıq bildirib.
Çıxış edən ŞPŞ rəisi, polis polkovniki Ədalət Əliyev bildirib ki, məqsəd bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə şagirdləri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını daha da artırmaqdır. Rəis gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə iştirakçılara polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib. O, həmçinin qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzi formalaşdırmaq üçün birgə mübarizə aparmalı, maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.Həmçinin şagirdlərə Polis Akademiyasında kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.
Tədbirdə eyni zamanda erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı mübarizənin təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində, ailədə davamlı olaraq aparılmasının vacibliyi vurğulanıb. Həmçinin şagirdlərlə “Narkomaniyaya yox deyək”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır”, “yol hərəkəti qaydalarına əməl edək”mövzularında maarifləndirici söhbətlər aparılıb, narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub .Tədbirdə şəhər təhsil sektorunun nümayəndəsi də iştirak edib.

Esmira Hidayətova,Mingəçevir






Oxunub: 146
Oxşar xəbərlər
SON XƏBƏRLƏR