Başa çatmaqda olan 2024-cü il Mingəçevirdə bir sıra tədbirlərlə yaddaqalan olub. Cari ilin əvvəlində şəhər İcra Hakimiyyətində tərtib olunan tədbirlər planına müvafiq olaraq 61 yaşayış binasının əsaslı təmiri işlərinin böyük hissəsi başa çatıb, binaların qarşısında söhbətgahlar quraşdırılıb, oturacaqlar qoyulub, işıqlanma sistemi çəkilib, iki xiyabanda həyata keçirilən yenidənqurma işləri yekunlaşıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun və aparatın əməkdaşlarının, kommunal xidmət müəssisələrinin rəhbərlərinin və işçilərinin, mətbuat nümayəndələrinin iştirak etdiyi ictimai baxış 112-ci məhəllədən başlayıb. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramları münasibəti ilə təbriklərini çatdıraraq ən xoş, səmimi arzularını dilə gətirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin başladığı yolu uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına xüsusi önəm verir. Bölgələrdə həyata keçirilən abadlıq-quruculuq işləri, yaradılan hər cür şərait, istirahət məkanlarında, parklarda görülən işlər vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə aparılır. Şəhər rəhbəri qeyd edib ki, cari ilin son günlərini yaşayırıq. Bu gün abadlıq işləri aparılan ərzilərə ictimaiyyət nümayəndələri ilə baxış keçirməyimizin səbəblərindən biri də odur ki, ili uğurla yola salırıq. İşlər davam edir, qarşıdan gələn yeni ildə də yeni-yeni layihələrlə Mingəçevirin gözəlləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
Həqiqətən də görülən işlər göz oxşayır, yaradılan şərait sakinlər tərəfindən məmnunluqla qarşılanır. Nizami, Ə.Vahid, N.Nərimanov və Aydın Məmmədov küçələrinin kəsişdiyi ərazidə, 16 yaşayış binasının yerləşdiyi iki məhəllədə əsaslı təmir işlərinin son mərhələləri aparılır. Dövlət Proqramına əsasən ərazidəki çoxmənzilli yaşayış binalarıın kanalizasiya sisteminin yenidən qurulması layihəsi başa çatdıqdan sonra quruculuq işlərinə start verilib. Binaların qarşısında yeni işıq nöqtələri yaradılıb, işqlanma dirəkləri quraşdırılıb, səkilər yaradılıb, bordürlər düzülüb, şosse yollara və piyada keçid sahələrinə asfalt örtüyü döşənməkdədir. Məlumat verildi ki, ərazidə 16 kölgəlik quraşdırılıb, 56 oturacaq ( hər blokun qarşısında) qoyulub, gənclər üçün iki sahədə mini futbol və basketbol meydanları, uşaqlar üçün idman qurğuları ilə təchiz olunmuş iki uşaq meydanı hazırlanıb. Yaşıllıq zolaqlarına suvarma xətti çəkilib, 300 ədəd sərv ağac tingləri əkilib. İctimai baxışa qatılan məhəllə sakinləri həyata keçirilən quruculuq işlərinə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Şəhər rəhbəri görülən işlərlə tanışlıq zamanı vətəndaşların müraciətlərinə aydınlıq gətirməklə, müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib. Qeyd edib ki. Mərhələli şəkildə reallaşan quruculuq işləri növbəti təqvim ilində başqa küçə və məhəllələri əhatə edəcəkdir.
Energetiklər yaşayış massivində davam edən baxış zamanı İlham İsmayılov İcra Hakimiyyətinin tədbirlər Planına əsasən reallaşan əsaslı təmir və quruculuq işlərinin burada daha sürətlə davam etdiyini, ərazidəki yaşayış binalarının çox hissəsində işlərin yekunlaşdığını qeyd edib. Fazil Əzimov, Naxçıvan, Mahir Mahmudov, Natavan küçələrindəki 11 yaşayış binasının beşində əsaslı təmir işləri başa çatıb. Binaların fasadlarının rənglənməsi, ümumi istifadə sahələrində, giriş bloklarında divarların suvarılması, rənglənməsi, pəncərə çərçivələrinin, şüşəbəndlərin salınması, seyf qapılarının qoyulması prosesi başa çatıb. İşıqlanma sistemi quraşdırılıb. 6 kölgəlik qoyulub, blokların qarşısında oturacaqların yerləşdirilməsi işləri davam edir. Iki sahədə mini futbol və basketbol meydanı, həmçinin uşaqların əylənməsi üçün idman qurğularının təchiz edildiyi iki meydan yaradılıb. Binaların qarşısında, ərazidə asfaltlamna işlərinə başlanılıb, bordürlər qoyulub, piyada yol sahələri yaradılıb.
ESMİRA HİDAYƏTOVA
Oxunub: 176