dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir ŞPŞ-nin təşəbbüsü ilə təhsil müəssisələrində "Narkotikə yox deyək, dini radikalizm və erkən nikahlar,yol hərəkəti qaydaları ilə bağlı” mövzularda maarifləndirmə tədbirləri davam edir


Mingəçevir ŞPŞ-nin təşəbbüsü ilə təhsil müəssisələrində "Narkotikə yox deyək, dini radikalizm və erkən nikahlar,yol hərəkəti qaydaları ilə bağlı” mövzularda maarifləndirmə tədbirləri davam edir.
Maarifləndirici tədbir şəhərin 16 nömrəli məktəbində keçirilib.
Tədbirdə Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, Mingəçevir şəhəri üzrə Təhsil sektorunun nümayəndəsi,Mingəçevir 16 nömrəli məktəbin direktoru Aygün Quliyeva,məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Əvvəlcə məktəbin direktoru məktəb haqqında qısa məlumat verib və bu kimi mövzularda şagirdlərlə maarifləndirici söhbətlər aparıldığına görə polis əməkdaşlarına minnətdarlıq bildirib.
Daha sonra şagirdlərə Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Şəhər polis şöbəsinin təşəbbüsü ilə keçirilən tədbirdə şagirdlərə dövrümüzün ən aktual problemlərindən danışan şöbə rəisi bildirib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Polis polkovniki Ədalət Əliyev çıxışında ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, bu bəladan qorunma yolları, narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər barədə məktəblilərə ətraflı məlumat verib. Rəis şagirdlərə sosial şəbəkələrdən səmərəli istifadə etməyi tövsiyə edib,enerji içkilərindən ,elektron siqaretlərdən çəkinməyi, onları zərərli vərdişlərdən uzaq durmağa, faydalı işlərlə məşğul olmağa çağırıb.Ardınca polis əməkdaşları narkomaniyanın törətdiyi fəsadlar barədə
“Erkən nikah və onun törətdiyi fəsadlar”, “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” və yol hərəkəti qaydaları ilə bağlı mövzularda çıxışlar ediblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.

Esmira Hidayətova,Mingəçevir










Oxunub: 250
Oxşar xəbərlər
SON XƏBƏRLƏR