Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasının 2023-2024-cü tədris ilində sonuncu iclası keçirilmişdir. Kafedra iclasının gündəliyində aşağıdakı məsələlər müzakirə olunub:
1. Kafedranın illik hesabatının müzakirəsi
2. Kafedranın professor-müəllim heyətinin illik hesabatlarının dinlənilməsi
3. Magistratura təhsil səviyyəsinin “Maliyyə (Vergi və vergiqoyma ixtisaslaşması)” ixtisası üzrə Tədris planının müzakirəsi
4. Cari tədris ilinin yekunları və növbəti tədris ilində qarşıda duran vəzifələr
5. 2024/2025-cü tədris ili üçün nəzərdə tutulmuş dərs yükünün ilkin müzakirəsi
6. Universitet Elmi Şurasının son qərarlarından və MDU-2030: İnkişaf strategiyasından irəli gələn məsələlərin müzakirəsi
7. Cari məsələlər
İlk öncə “İqtisadiyyat” kafedrasının müdiri vəzifəsini icra edən b/m. Arif Tağıyev gündəlikdə duran məsələri kafedra əməkdaşlarının nəzərinə çatdırıb. Hər bir məsələ ətrafında geniş məlumat verən A.Tağıyev auditoriyaya müraciət edərək müzakirə olunan məsələlər barədə fikirlərini bildirməyi kafedra əməkdaşlarından xahiş etdi. Sonra professor Veysəl Əyyubov, Fakültə dekanı əvəzi dosent Nüşabə Qədimli, dosent Mehman Hüseynov, b/m. Günəş Şəfaqətov, b/m. Nazim Niftəliyev, müəllim Böyükkişi Adilbəyli və digərləri çıxış edərək kafedranın tədris ili ərzində fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Oxunub: 139