dini radikalizm və ekstremizmlə mübarizə

Dördüncülər ibtidai sinfə əlvida dedilər


Bu münasibətlə düzənlənən tədbir onların hər birinin yaddaşında xoş xatirə kimi qalacaq
Hər bir insanın həyatında məktəb illəri, xüsusən də ibtidai təhsil dövrü böyük rol oynayır. Görünür, məhz buna görədir ki, hər birimiz ömrümüz boyu o illəri xoş hisslərlə xatırlayırıq.
Mingəçevirdəki 13 saylı tam orta məktəbin 4 a sinfinin şagirdlər də, yəqin ki, ibtidai siniflərdə oxuduqları illəri, bu illər ərzində keçirdikləri bir-birindəm maraqlı, məzmunlu tədbirləri, xüsusən də təhsilin bu pilləsini başa vurmalarına həsr olunmuş bayram tədbirini heç zaman unutmayacaqlar. Buraxılış tədbirində məktəbin direktor müavinləri,müəllimlər,valideyinlər iştirak ediblər.
Tədbir uşaqların Dövlət himnini ifa etməsi ilə başlayıb. Sonra məktəbin 4A sinfinin müəlliməsi Xəyalə Həsənova qonaqları, uşaqları salamlayıb, ibtidai təhsilin insanın sonrakı təhsil illərində mühüm və önəmli bir mərhələ olduğunu qeyd edib. Şagirdlərə gələcək təhsillərində uğurlar arzulayan Xəyalə xanım sevimli şagirdlərinə gələcək həyatlarında bol-bol şanslar və təhsillərində uğurlar arzulayıb.
Sonra söz uşaqlara verilib. Onların məktəb, ilk müəllim, ana, Vətən haqqında ifa etdikləri şeir və mahnılar, təqdim etdikləri kiçik səhnəciklər, kompozisiyalar tədbir iştirakçılarının böyük marağına səbəb olub. Səhnədə çıxış edən şagirdlər sərbəstliyi, özlərinə əminlikləri ilə dinləyənləri heyran qoyublar.
Tədbir əyani şəkildə göstərib ki, 4 il ərzində uşaqlara təkcə elm, savad deyil, həm də zəruru bacarıq və vərdişlər də aşılanıb. Təbii ki, bunlarda Xəyalə müəllimin əməyi hesabına. Tədbir şən musiqi sədaları altında davam edib.
Qeyd edək ki,4a sinfində 29 şagird təhsil alıb. Onlardan 11 şagid əlaçı, digərləri isə zərbəçidirlər.

Esmira Hidayətova,Mingəçevir




Oxunub: 205
Oxşar xəbərlər
SON XƏBƏRLƏR