dini radikalizm və ekstremizmlə mübarizə

7 saylı tam orta məktəbdə "İngilis dili danışıq klubu" adlı layihənin açılış təqdimatı keçirilib


31 oktyabr 2023-cü il tarixində Mingəçevir şəhər R. Mirabov adına 7 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin məktəb layihəsi üzrə qalibi olmuş "İngilis dili danışıq klubu" adlı layihənin açılış təqdimatı keçirilib. Tədbirdə Mingəçevir Dövlət Universitetinin Elm və İnnovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər Təhsil sektorunun aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə, Mingəçevir şəhər 1 nömrəli tam orta məktəbin direktoru Əliyar Yusifov, Mingəçevir şəhər 4 nömrəli tam o məktəbin direktoru Azər Qaziyev, Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbin direktoru Fərqanə Niyazova, Mingəçevir şəhər 14 nıömrəli tam orta məktəbin direktoru Ceyhun Atayev, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar təmayüllü liseyin direktoru Aidə İsmayılova,Texniki-Humanitar liseyin direktoru Nailə Məmmədova, layihə rəhbəri Anar İsmayılov, təlim üçün seçilmiş şagirdlər, təhsil nümayəndələri və digər qonaqlar iştirak etdi.
Tədbir Dövlət Himnimizin sədaları ilə açıq elan edilib və vətən uğrunda həlak olmuş şəhidlərin ruhunun anılması ilə başlandı.
Layihə rəhbəri Mingəçevir şəhər 7 sayli tam orta məktəbin direktoru Anar İsmayılov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi və həmin müsabiqənin qalibi olmuş "İngilis dili danışıq klubu " layihəsi haqqında və görüləcək işlər barəsində tədbir iştirakçılarına geniş məlumat verdi.Sonra isə çıxışında layihənin təlimçisi Şəfa Hümbətova layihə müddəti ərzində təlimlər haqqında və 6 ayın sonunda gözlənilən nəticələr haqqında tədbir iştirakçılarına məlumat verdi. Təlimçinin çıxışından sonra isə Mingəçevir şəhər 7 saylı tam orta məktəbin 7-ci sinif şagirdi " Bayraq" şeirini ifa etdi. Bədii hissədən sonra rəsmi qonaqlar layihə haqqında təəssüratlarını bölüşdü. Sonda isə 7 saylı tam orta məktəbin 2 Ç sinif şagirdlərinin "Zəfər" rəqsi ilə tədbir yekunlaşıb.

Esmira Hidayətova


Oxunub: 59
Oxşar xəbərlər
SON XƏBƏRLƏR