dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir şəhər İcra Hakimiyyətinin YAP şəhər təşkilatı ilə birgə elmi-nəzəri konfransı keçirilib


İyunun 13-də “15 İyun-Milli Qurtuluş günü” münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin YAP şəhər təşkilatı ilə birgə elmi-nəzəri konfransı keçirilib. Heydər Əliey Mərkəzində keçirilən konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildriblər. Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərin və Ulu öndərin xatirəsi bir dəqiqəlik sükütla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “15 iyun 1993-cü il Azərbaycan xalqının milli qurtuluş tarixidir” adlı film nümayiş etdirilib.
Konfransı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirib ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. 1993-cü ilin iyun ayının əvvəlindən başlayaraq ölkəmizdə baş verənləri təhlil edərkən qənaətə gəlmək olur ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli qurtuluş tariximizin başlanğıcıdır”, Mingıçevir Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günel Yunusova “15 iyun 1993-cü il tarixi Azərbaycan dövlətçiliyinin inkişafı, tərəqqisi və yüksəlişinin əsasıdır”, 7 nömrəli orta məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Anar İsmayılov “Ulu öndər Heydər Əliyev 15 iyun 1993-cü ildən başlayan milli inkişaf strategiyasının müəllifidir”, Mingəçevir Turizm Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Əzizova “Ölkə Prezidenti cənab İlham Əliyevin qazandığı zəfərlər milli qurtuluş tariximizin parlaq səhifəsidir” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransa yekun vuran İcra başçısı İlham İsmayılov qeyd edib ki, ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu günkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Esmira Hidayətova,Mingəçevir.







Oxunub: 68
Oxşar xəbərlər
SON XƏBƏRLƏR