dini radikalizm və ekstremizmlə mübarizə

Almatıda “Study in Azerbaijan” sərgisi və rektorlar forumu keçirilir


6-8 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Fərabi adına Qazax Milli Universitetində “Study in Azerbaijan” adlı təhsil sərgisi təşkil olunur. Sərgi Azərbaycan universitetlərinin beynəlxalq tanıdılması, təhsil imkanlarının təqdimatı və akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma hesab olunur.

Sərgi çərçivəsində 6 aprel tarixində Qazaxıstan və Azərbaycan universitetlərinin rektorlarının II Forumu keçirilib. Forumun açılışında Qazaxıstanın elm və ali təhsil naziri elm Sayasat Nurbek çıxış edib.
Ardınca hər iki ölkənin elm və təhsil nazirləri tərəfindən əsas məruzələr təqdim olunub. Tədbirdə universitetlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumların (MOU) imzalanması mərasimi də baş tutub.

Forum və sərgidə Xəzər Universitetinin nümayəndə heyəti də iştirak edir. Xəzər Universitetini rektor Dr. Razia İsaeva, Keyfiyyət Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Firuz Süleymanov təmsil edir.

Forum çərçivəsində Azərbaycan və Qazaxıstan universitetlərinin rektorları çıxış edərək təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu müzakirələr iki ölkə arasında akademik əlaqələrin daha da möhkəmlənməsinə yönəlib.
Səfər zamanı rektor Razia İsaeva yerli televiziya kanalına müsahibə verərək Azərbaycanın ali təhsil imkanları, beynəlxalq tələbələr üçün yaradılan şərait və Xəzər Universitetinin üstünlükləri barədə məlumat verib.

Qeyd edək ki, “Study in Azerbaijan” sərgisi tələbələrə və gənc mütəxəssislərə xaricdə keyfiyyətli təhsil almaq imkanlarını təqdim etməklə yanaşı, region ölkələri arasında elmi və akademik əməkdaşlığın inkişafına mühüm töhfə verir.






Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR