Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının gənc müəllimi Xəyalə Hüseynzadə Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatlar İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasında radiasiya mövzusunda elmi-tədqiqat aparacaq.
Rektor Şahin Bayramov gənc müəllimə Xəyalə Hüseynzadəni qəbul edərək elmi-tədqiqat işində nailiyyətlər arzu etdi, ona elmi-tədqiqat səfərində uğurlar arzuladı, sözügedən laboratoriyada məhsuldar fəaliyyət göstərəcəyinə əminliyimizi bildirdi.
Şahin Bayramov göstərilən dəstəyə görə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Arif Həşimova təşəkkür edib.
Rektor Şahin Bayramov "MDU-nun elmi potensialının gücləndirilməsi və əməkdaşların elmi-tədqiqat fəaliyyətinə davamlı dəstək göstərilməsi əsas prioritetlərimizdəndir" deyə sosial media hesabında qeyd edib.
Oxunub: 163