dini radikalizm və ekstremizmlə mübarizə

Rektor Şahin Bayramov Elm Günü ilə əlaqəli sosial şəbəkədə paylaşım edib


Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov sosial media hesabında Elm Günü ilə əlaqədar paylaşım edib. Paylaşımda deyilir:
27 mart Azərbaycanda Elm Günüdür!
Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin bütün üzvlərini əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik.
Hazırda sürətlə modernləşən MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, nəticəyönümlü elmi tədqiqatların aparılmasına və innovasiya potensialının gücləndirilməsinə çalışırıq.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə MDU-nun alim, müəllim, doktorant, magistrant və tələbə heyətinin elmi potensialının gücləndirilməsi istiqamətində davamlı addımlar atırıq.
MDU ailəsinin hər bir üzvünə elmi fəaliyyətdə yeni-yeni uğurlar arzulayırıq!

Oxunub: 46
Oxşar xəbərlər
SON XƏBƏRLƏR