dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Çingiz İbişovun mövludu qeyd olundu



Djb.az xəbər verir.22.10.2023- çi il tarixində Birinci Qarabağ müharibəsinin şəhidi İbişov Çingiz Rəqəm oğlunun mövludu qeyd olundu.
Respublika Qadınlar Cəmiyyətinin, Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin Suraxanı rayon filialının sədri Nəsibə xanım Əliyeva və Milli məclisin deputatı Etibar Əliyevin səlahiyyətli nümayəndəsi Pərvin Mahmudovun təşkilatçılığı ilə djb.az (Dünya Jurnalistlər Birliyi) saytının təsisçisi Almaz İlahə Əhmədova və şəhid ailələrinin üzvləri ilə birlikdə şəhidin Yeni Günəşlidə yaşayan ailəsi ziyarət olundu. Millət vəkilinin köməkçisi Pərvin Mahmudov Şəhidimizin anası Səmayə xanıma Etibar Əliyevin salamlarını, başsağlığı və səbr diləklərini çatdırdı.
Səmayə ana söhbət əsnasında bildi ki, oğlunun və digər şəhidlərin qəhrəmanlığı sayəsində, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ildən artiq işğal altında olan torpaqları azad etdi. Qəhrəman şəhidlərimiz elə şanlı tarix yazıblar ki, bundan sonra yüz illər keçsə də, unudulmayacaq. Şəhidlərimizin hər biri başımızın tacıdır.
Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.


Oxunub: 117
Oxşar xəbərlər
SON XƏBƏRLƏR