dini radikalizm və ekstremizmlə mübarizə

"Whatsapp"da yenilik - Söhbətlərə parol qoyulacaq

"Whatsapp"da yenilik - Söhbətlərə parol qoyulacaq


"Whatsapp" messencerində yeni funksiya istifadəyə verilib.

Bu barədə messencerin sahibi Mark Zukerberq məlumat yayıb.

Bildirilir ki, artıq messencerdə söhbətləri kilidləmək mümkün olacaq. Kilid üçün həm parol, həm biometrik (barmaq izi və s.) istifadə olunacaq.

Bu, istifadəçilər arasında olan söhbətləri daha məxfi edəcək. Kilidlənmiş mesajlarda bildirişlər görünməyəcək.

İstifadəçilər fərdi söhbətləri və ya bütün qrupları kilidləyə biləcək. Kilidlənmiş söhbətə daxil olmaq üçün istifadəçilər parollarını daxil etməli və ya barmaq izləri ilə autentifikasiya etməlidirlər.

Oxunub: 138
Oxşar xəbərlər
SON XƏBƏRLƏR