dini radikalizm və ekstremizmlə mübarizə

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.


Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Mingəçevir 10 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və digər zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova iştirak edib.Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Mehriban Mehdiyeva bu kimi vacib tədbirlərin orta məktəblərdə keçirdiklərinə görə polis əməkdaşlarına təşəkkürlərini bildirib.
Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev əvvəlcə Polis Akademiyasında təhsil almaq arzusunda olan şagirdlərə akademiya barədə məlimat verib,şagirdlər video çarx vasitəsi ilə akademiya ilə tanış olublar. Müasir dövrümüzün ciddi bəlasına çevrilən və “Ağ ölüm” adlandırılan narkomaniyanın fəsadları barədə polis rəisi şagirdlərə geniş məlumat verib. O, bildirib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmurlar. Hamin maddələrdən istifadə etdikdə isə onlarda dəhşətli vasitəyə ömürlük asılılıq yaranır və aludəşisinə çevrilirlər. Ona görə də, yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ziyalıların üzərinə düşür. Ədalət Əliyev narkomaniyaya qarşı mübarizə sahəsində polis şöbəsi tərəfindən keçirilən maarifləndirici tədbirlər və görülən işlər barədə danışaraq, gənclərə müvafiq tövsiyələrini çatdırdı.
Daha sonra çıxış edən digər iştirakçılar narkotikin yaratdığı fəsadlardan,erkən nikah və onun fəsadları,
dini radikalizm və ekstremizmə qarşı mübarizə mövzusunda şagirdlərlə maarifləndirici söhbətlər aparıblar və onlara dəyərli tövsiyələr veriblər.
Tədbirin sonunda polis əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Esmira Hidayətova,Mingəçevir



Oxunub: 286
Oxşar xəbərlər
SON XƏBƏRLƏR