dini radikalizm və ekstremizmlə mübarizə

İSTƏK YOXSA DƏQİQ HƏDƏF...


Üzücü olsa da sizinlə bölüşmək istədiyim durum var. Son günlər tez-tez xoşa qəlməz ifadələr eşidirəm. Əvvəllər buna əhəmiyyət vermirdim. Lakin artıq emosiyamı cilovlaya bilmirəm və hər kəslə bölüşməyə qərar verdim.

Mənə sual olunur ki, "Sən necə oldu ki, AĞ Partiya sıralarına daxil oldun? Sən heç bilirsən Tural Abbaslı kimin adamıdır? Kimdir o? O hakimiyyətin adamıdır, dövlətdən külli miqdarda vəsait alır" və s.

Mən buradan bax elə həmin insanlara səslənirəm: "Mən Tural Abbaslını tanımasaydım indi onun yanında və onun partiyasında olmazdım". Sizə sual vermək istəyirəm - "Tural bəyə qeyd etdiyiniz vəsait verilərkən siz onun yanında idiniz?

Sizin kimi düşüncəsi dar adamlara çatdırmaq istəyirəm ki, siz nə etsəniz də Tural Abbaslını xalqın gözündən əsla sala bilməyəcəksiniz. Çünki o xalqın SƏSİDİR!!! Əqidəsi naməlum olan sizlərin sözlərinə heç kim inanmır və inanmayacaq! Xalq qorxudan deyə bilmədiyini Tural Abbaslı açıq-aşkar şəkildə məlum ünvanlara çatdırır. O sizin təriflədiyiniz hakimiyyətdə oturanlarda Tural Abbaslının milliyətçiliyinin, vicdanının 1/100%-i qədər vicdan hissi olsaydı xalq indi bu vəziyyətdə olmazdı. Bu qədər sərvəti olan doğma vətənində acından qırılıb kasıbçılıqdan ölməzdi. Elə bilməyin ki, xalqın heç nədən xəbəri yoxdur, var... Sadəcə hələ ki, susur. Siz düşünürsüz ki, vəzifə kreslolarında qazilərimiz və şəhidlərimizin sayəsində rahat oturanlar sona gədərmi yerlərində oturacaqlar? Xeyir oturmayacaqlar. Elə bilməsinlər ki, orada həmişəlik əyləşiblər. Elə deyil, hər başlanğıcın sonu olduğu kimi sizin də kreslonuzun sonu olacaq. Meşəyə gedsəniz görərsiniz ki, ən böyük kök salmış ağaclar belə kökündən kəsilir. Siz Tural Abbaslını nə qədər millətin gözündən salmağa çalışsanız da buna nail ola bilməyəcəksiniz. Əksinə, özünüz qazdığınız quyuya özünüz düşəcəksiniz. İndi gedin aqibətinizi düşünün; sabah hansı yerdə və hansı vəziyyətdə olacaqsınız..!

AĞ Partiya - Xanımlar Təşkilatının sədri Malvina Amirova

Oxunub: 1 324
Oxşar xəbərlər
SON XƏBƏRLƏR