dini radikalizm və ekstremizmlə mübarizə

Hakerlər VQTRK-ya məxsus “Smotrim” platformasını SINDIRDILAR


Hakerlər VQTRK-ya məxsus “Smotrim” platformasını sındırıblar.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Hakerlər Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə məxsus “Smotrim” (“Baxırıq”) telekanallarının onlayn baxışdan platformasına kiberhücum təşkil ediblər.

Qeyd olunur ki, sayta daxil olanda anti-Rusiya yazılar görünür. VQTRK hələlik məlumatı şərh etməyib.

Xatırladaq ki, bundan əvvəl naməlum şəxslər Rusiya Tikinti Nazirliyinin saytını sındıraraq iyunun 7-dək 0,5 bitkoin ödəməyi tələb etmişdilər. Bundan əlavə, “Kommersant FM” radiostansiyası sındırılıb. Ukraynanın himni, Ukrayna mahnıları və xüsusi əməliyyatı tənqid edən treklər canlı yayımlanıb.

Oxunub: 366
Oxşar xəbərlər
SON XƏBƏRLƏR