dini radikalizm və ekstremizmlə mübarizə

“Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin Mingəçevir təşkilatının üzvüləri aztəminatlı ailələri ziyarət ediblər.


Djb.az xəbər verir ki, “Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin Mingəçevir təşkilatının üzvüləri aztəminatlı ailələri ziyarət ediblər.
“Yaxşılıq insana insanlığını xatırladır”.
Ehtiyacı olan birinə yardım edib ona əl tutmaq hər zaman təqdir edilib. Bəziləri düşünür ki, kiməsə yaxşılıq etmək, xeyriyyəçiliklə məşğul olmaq üçün gərək pulun olsun. Amma pul şərt deyilmiş. Könüllü şəkildə yardım edərək də bu işin öhdəsindən gəlmək mümkündür. Düzdür, insan etdiyi yaxşılığı deməməlidir. Amma biz "Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin Mingəçevir təşkilatının gördüyü işləri işıqlandırmağı özümüzə borc bildik. Borc bildik ki, bu cür xeyirxah işlərin davamı gəlsin.
“Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin Mingəçevir təşkilatının üzvüləri müqəddəs Ramazan bayramı münasibəti ilə aztəminatlı ailələrlə görüşüb onları evlərində ziyarət edərək onlara ərzaq bağlamaları,geyim əşyaları aparıblar. Darda , köməyə ehtiyacı olana yardım əli uzatmaq hər birimizin vətəndaşlıq, insanlıq görəvimizdir. Birliyin üzvüləri tərəfindən yardım edilən ailələrdə olan az yaşlı xəstə uşaqlarda ziyarət edilib. Onların problemləri ilə maraqlanılıb, birliyin üzvüləri onlara növbəti dəfə də yardımlar edəcəklərini bildiriblər. Qeyd edək ki,birliyin üzvüləri bundan öncə də şəhid ailələrini,qaziləri ziyarət edərək onlara hər zaman yanlarında olacaqlarını bildiriblər. Ona görə, hər bir insan ehtiyacı olana bacardığı qədər kömək etməyə çalışsa, dünyamız gözəlləşər.
Bu günkü bu görüşlərdən razı qalan aztəminatlı ailələr onlara dəstək olan Xeyriləçilərlə ve Könullulərlə is üzrə sədr muavini gənc xanım Aygün Xəlilovaya, “Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyin sədri İlham Abbasova və Mingəçevir təşkilatının üzvülərinə minnətdarlıq bildiriblər.


Esmira Hidayətova,Mingəçevir





Oxunub: 593
Oxşar xəbərlər
SON XƏBƏRLƏR