8 Noyabr – Zəfər Günü ərəfəsində Mingəçevir şəhərində silsilə tədbirlər həyata keçirilir.
Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkında “Şəhidlər unudulmur ” xatirə lövhəsinin önünə gül dəstələri qoyulub. Park ərazisində keçirilən ağacəkmə aksiyasında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, idarə, müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə müxtəlif növ ağaclar və mövsümü güllər əkilib. Əkilən hər bir ağac vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.
Gün ərzində Zəfər Parkına və digər parklara 270 ədəd zeytun, qoz və badam ağacları əkilib. Ümumən şəhərin yaşıllıq zolaqlarına 10000 ədəd mövsümü güllər əkilib.
ESMİRA HİDAYƏTOVA/MİNGƏÇEVİR
Oxunub: 0