dini radikalizm və ekstremizmlə mübarizə

“Sosial şəbəkələrdən düzgün istifadə edək!” layihəsinə start verilib.


6 aprel 2022-ci il tarixdə Biləsuvar Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində “Sosial şəbəkələrdən düzgün istifadə edək!” layihəsinin açılışı və ilk təlimi keçirilib.
Tədbirdə Gənclər Təşkilatları Milli Şurasının əməkdaşı Tural İmanzadə, GİKM-in Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva, layihə rəhbəri Arif Ağazadə, layihə təlimçisi Elnur Hüseynli və gənclər iştirak ediblər. Layihə rəhbəri Arif Ağazadə əvvəlcə layihə barədə gənclərə məlumat verərək bildirib ki, layihə gənclərin sosial şəbəkələrdən düzgün istifadə qaydaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin həyata keçirilməsindən ibarətdir. Təlimlər Biləsuvar və Cəlilabad rayonlarını əhatə etməklə 6 gün davam edəcək.
Gənclər Təşkilatları Milli Şurasının əməkdaşı Tural İmanzadə çıxış edərək NAYORA-nın fəaliyyəti barədə ətraflı məlumat vermiş və regionlarda gənclərin maarifləndirilməsi baxımından bu cür layihələrin həyata keçirilməsinin vacib olduğunu bildirmişdir.
Çıxış edən GİKM-in Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva layihənin işinə uğurlar arzulayıb, günümüzün ən aktual mövzularından olan bu sahəyə yer ayırdığına görə təşkilatçılara təşəkkürlərini bildirib.
Daha sonra təlimçi Elnur Hüseynli gənclərə sosial şəbəkələrdən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyəti, eyni zamanda Azərbaycan həqiqətlərini, müasir dövrdə informasiya müharibəsində ölkəmizin uğurlarını dünya ictimaiyyətinə çatdırmaq üçün sosial platformalardan istifadənin əhəmiyyəti, internetdəki imkanlardan istifadə edərək düzgün maariflənmək, məlumatlılığı artırmaq, həmçinin müasir dünyanın yeni reallıqları barədə təlim keçmişdir. Təlim praktiki məşğələlərlə davam etdirilmişdir. Qeyd edirik ki, təlimlər hər rayonda 3 gün davam edəcək və sonda iştirakçılara təlimdə iştirakına görə sertifikat veriləcəkdir.

Murad Abbaslı




Oxunub: 626
Oxşar xəbərlər
SON XƏBƏRLƏR