dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir 16 saylı məktəbdə Zəfər Günü ilə əlaqədar böyük bayram tədbiri keçirilmişdir.


Tədbirdə şəhid valideynləri, qazilər, eləcə də Vətən müharibəsində şücaət göstərən komandir və hərbçilər iştirak etmişlər.
Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra məktəbin direktoru Sevinc Həsənova qonaqları salamlamış və bu əziz bayram münasibətilə tədbir iştirakçılarına xoş arzularını bildirmişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikakısının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azad etdi. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu.
Tədbirdə şəhid valideyinləri ,Mingəçevir Təhsil şöbəsinin məsləhətçisi Qorxmaz Abbaszadə,Kür Hazırlıq kursunun direktoru Samir Aslanov,16 saylı məktəbin tərbiyyə işləri üzrə direktor muavini Bəxtiyar Mahmudlu və məktəbin az dili -ədəbiyyat müəllimi çıxış edərək Zəfər Günü münasibətilə tədbir itirakçılarını təbrik etmişlər. Daha sonra məktəbin şagirdlərinin ifasında şeirlər,rəngarəng musiqi nömrələri və kiçik tamaşalar nümayiş olunub.

Esmira Hidayətova,Mingəçevir







Oxunub: 601
Oxşar xəbərlər
SON XƏBƏRLƏR