dini radikalizm və ekstremizmlə mübarizə

Əfqan veteranları Qarabağ savaşına ilk qoşulanlardan oldu.


Mingəçevir şəhər Əfqan Veteranları cəmiyyətində II Qarabağ döyüşlərində şəhid olmuş Əfqan veteranlarının övladlarına stendin açılış mərasimi keçirilib. Əvvəlcə himnimiz səsləndirilib. Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimini Mingəçevir şəhər Əfqan Veteranları İB sədri Elşən İbrahimli açaraq bildirib ki,44 günlük müharibədə əfqan veteranlarının övladları da vuruşaraq şəhidlik zirvəsinə ucaldılar. “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyi Mingəçevir filialının sədri Elşən İbrahimli bildirib ki, cəmiyyət yarandığı gündən gənclərdə vətənpərvərlik ruhunun aşılanması üçün çalışıb: “Əfqanıstanda həlak olanların 8-i Mingəçevirdən idi. Biz hər il onların ailələrinə baş çəkir, qəbirlərini ziyarət edirik. Bizim döyüşçülərimiz Qarabağ savaşına da ilk qoşulanlardan oldu. Şəhərimizin üç “əfqan” oğlunu da bu müharibədə itirdik. Qəhrəmanlarımızın unudulmaması üçün bu gün onların şəhid övladları üçün stend hazırlamışıq. Stendin ərsəyə gəlməsində öz köməkliyini göstərən şəhər bələdiyyəsinə təşəkkürümü bildirirəm.
Tədbirdə iştirak edən bələdiyyə üzvü Zahid Qasımlı öz çıxışında siz bununla dövlətimizin və xalqımızın adını uca tutduğunuzu, ləyaqətli, dəyanətli və qətiyyətli olduğunuzu nümayiş etdirdiniz. Bu gün də dövlətçilik mövqeyində dayanaraq, ictimai-siyasi həyatda fəal iştirak edirsiniz-deyib.Qeyd edib ki,II Qarabağ müharibəsində də mingəçevirli gənclər qəhrəmanlıq göstərərək adlarını qızıl hərflərlə tarixə yazdılar,Mingəçevir 51 şəhid verdi onlardan 4 nəfəri də əfqan veteranlarının balalarıdır.Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Tədbirdə əfqan veteranı II Qarabağ müharibəsində şəhid olan Əlibəyli Mikayılın atası Xalıqverdi kişi övladının göstərdiyi igidliklərdən danışıb.

Esmira Hidayətova,Mingəçevir.


Oxunub: 441
Oxşar xəbərlər
SON XƏBƏRLƏR