44 gün davam edən Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycan dövləti ordu quruculuğuna xüsusi diqqət verməkdədir. Həm yerli istehsal, həm də digər xarici şirkətlərdən alınan son nəsil hərbi texnikalar Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilməkdədir.
Bu sahədə əsas tərəfdaşlarımızdan olan Türkiyə Cümhuriyyətinin nəzəri və praktiki dəstəyi ilə ordu quruculuğumuz daha da genişlənir, yenilənməyə davam edir. Dünya ölkələri arasında öz gücü ilə fərqlənən dost ölkənin dövlətimizlə əməkdaşlığı çərçivəsində Azərbaycanda Türk ordusunun kiçik modelinin yaradılması sahəsində hal-hazırda bütün lazımi tədbirlər görülməkdədir.
Bir gənc olaraq ölkəmizin qüdrətinin və siyasi arenadakı nüfuzunun artmasını görmək bizi qürurlandırır.
Vəkil Cəfərli
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin könüllüsü