dini radikalizm və ekstremizmlə mübarizə

Kəlbəcərin kəndində ermənilər üçün 24 yeni ev tikildi

Kəlbəcərin kəndində ermənilər üçün 24 yeni ev tikildi

İnzibati-hüquqi cəhətdən Azərbaycanın Kəlbəcər rayonuna aid olan Kolatağ kəndində Milli Ordumuzun müzəffər savaşından sonra işğaldan azad olunmuş digər ərazilərimizdən köçmüş erməni ailələri üçün yeni evlər tikilməyə başlanıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Məlumata görə, erməni “xeyriyyəçi” Ayk Maqakelyanın maliyyə dəstəyi sayəsində Kolatağda 24 yeni ev tikilib. 15-20 gündən sonra evlər erməni ailələrinə təhvil veriləcək.

Xatırladaq ki, 1992-ci ilədək Ağdərə rayonuna daxil olmuş Kolatağ kəndi Qırxqız dağ silsiləsindən axıb Xaçınçay çayına tökülən eyniadlı çayın sol sahilində, Xocalı rayonu ərazisindəki 1706 metr dağ yüksəkliyindən 3 km məsafədə yerləşir. Kənd 1993-cü ilin yayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. moderator.az

Oxunub: 544
Oxşar xəbərlər
SON XƏBƏRLƏR