dini radikalizm və ekstremizmlə mübarizə

Saatlı rayon Polis şöbəsinin əməkdaşı yubiley medalı ilə təltif olunub

Saatlı rayon Polis şöbəsinin əməkdaşı yubiley medalı ilə təltif olunub

Saatlı rayon Polis şöbəsinin əməkdaşı polkovnik-leytenant, eyni zamanda Qarabağ müharibəsi veteranı, eləcə də rayon Veteranlar Təşkilatının sədr müavini Miraflam Məmmədov veteran hərəkatına göstərdiyi dəstəyə və rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və rayon Veteranlar Təşkilatının sədri Əliağa Qurbanovun iştirakı ilə yubiley medalı sahibinə təqdim edilib.

Polkovnik-leytenant Miraflam Məmmədov "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirib.

Səmimi keçən görüşdə xatirə şəkli çəkilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR