dini radikalizm və ekstremizmlə mübarizə

Dəmirəlin mənəvi oğlu koronavirusdan vəfat etdi


Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin mənəvi oğlu koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə DYP-li siyasətçi Muhsin Alnıaçık sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, övladları olmadığı üçün 8 yaşından Dəmirəl cütlüyünün himayəsində böyüyən Çetin Şener eks-Prezidentin həyat yoldaşı Nazmiye Dəmirəlin qardaşı olub.

M. Alnıaçıkın sözlərinə görə, dünən virus səbəbindən vəfat edən Ç. Şener Dəmirəllərin nəvələri kimi sevdiyi əkiz övladlarının toyuna hazırlıq görən zaman virusa yoluxduğunu öyrənib.

Qeyd edək ki, Süleyman Dəmirəlin Ç. Şenerə hər zaman güvəndiyi və maliyyə məsələlərini ona etibar etdiyi bilinir.

Oxunub: 495
Oxşar xəbərlər
SON XƏBƏRLƏR