dini radikalizm və ekstremizmlə mübarizə

“Sosial şəbəkələr bağlansa, məşhurların heç kim olduğunu anlayacağıq”

“Sosial şəbəkələr bağlansa, məşhurların heç kim olduğunu anlayacağıq”

“Dialoqlar uzundur. Hadisələr bəsitdir. Bütün hadisələr bir evdə, mətbəxdə, yataq otağında, həyətdə, maşında baş verir. Bunun da səbəbini bilirəm. Büdcə və vaxt azlığıdır. Gündəlik serialın texnikası budur”.

Open.az xəbər verir ki, bu sözləri “MTV”yə müsahibəsində rejissor Kənan M.M. seriallardakı çatışmazlıqlar haqda danışarkən deyib.

O, ekran işlərinə eyni simaların çəkilməsindən danışıb:

“Əgər hər dəfəsində fərqli görünə bilirsə, bu təkrar deyil. Ümumiyyətlə, pis aktyor, aktrisa anlayışı yoxdur. Pis rejissor var”.

Uzun müddətdir klip çəkməyən Kənan sənət adamlarından söz açıb:

“Balaca vaxtı klip çəkirdim. O, bizim üçün bir tramplin idi, atladıq. Sənət İnstaqramdan ibarət olduğu üçün o şeylərə artıq ehtiyac qalmayıb. Bir gün Azərbaycanda İnstaqram və “YouTube” bağlansa, biz o zaman çox məşhurların heç kim olduğunu anlayacağıq”. (Axşam.az)

Oxunub: 472
Oxşar xəbərlər
SON XƏBƏRLƏR