dini radikalizm və ekstremizmlə mübarizə

Səfirlik Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımıza müraciət edib


Məlum olduğu kimi, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanıb və Azərbaycan Respublikasının bir sıra vətəndaşları məcburən Rusiya Federasiyası ərazisində qalıb.

Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, vətəndaşlarımızın ölkəyə qayıdışını təşkil etmək məqsədi ilə cari ilin 18 aprel tarixindən www.evegedirem.info portalı fəaliyyətə başlayıb.

Burada Azərbaycan vətəndaşları onlayn qeydiyyatdan keçərək elektron növbə ardıcıllığı əldə edirlər ki, həmin ardıcıllığa uyğun olaraq da vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri müəyyən edilir.

Bununla əlaqədar, Səfirliyin qaynar xəttinə qeydiyyatdan keçirilmək xahişi ilə çoxsaylı zənglər daxil olur. Bildiririk ki, 18 aprel 2020-ci il saat 10:00-dan etibarən Səfirlik sözügedən saytda Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmır. Azərbaycana getmək istəyən hər bir vətəndaş ŞƏXSƏN müvafiq sahələri doldurmalı və sıra nömrəsini almalıdır.

Oxunub: 472
Oxşar xəbərlər
SON XƏBƏRLƏR