Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb. “Qafqazinfo” “Rosbalt.ru”ya istinadən bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bütün dünyada 2 019 320 yoluxma, 119 483 ölüm halı qeydə alınıb. 449 minə yaxın pasiyent sağalıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusun pandemiya elan edib.
Oxunub: 530