dini radikalizm və ekstremizmlə mübarizə

“İnkişaf könüllülükdən keçir” layihəsi uğurla başa çatıb.


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “İnkişaf könüllülükdən keçir” layihəsi çərçivəsində 2 müxtəllif auditoriyada təlim, 1 İntellektual oyun, 1 komanda quruculuğu,“Kiçik layihələrin hazırlanması” və SWOT təhlil olmaqla ümümilikdə 4 tədbir həyata keçirilib.

Layihənin son günü Ağdaş Dövlət Humanitar Kollecində baş tutan tədbiri giriş sözu ilə açan layihə rəhbəri Səidə Əsədli iştirakçılara layihə çərçivəsində görülən işlər haqqında qısa məlumat verdi.
Layihənin koordinatoru Etiram Sadıqzadə tərəfindən tədbirlər planına uyğun olaraq gənclərə “Kiçik layihələrin hazırlanması” təlimi keçirildi.
Təlimdən sonra gənclər 5 komandaya bölünərək onlara verilən zaman çərçivəsində kiçik layihələr hazırladılar və təqdim etdilər.
Təqimatlardan sonra E.Sadıqzadə tərəfindən gənclərə “SWOT” analiz haqqında məlumat veridi, gənclər öz layihələrinin SWOT analizini etdilər.
Daha sonra layihənin "Mükafatlandırma və Bağlanış Mərasimi" həyata keçirildi.
Təqdimatlarda və təlimlərdə uğur qazanan gənclər sertifikatlarla, intellektual yarışda ilk üç yeri tutan komandalar ( I yer - "Olimpos", II yer -"Nizami", III yer - "Milano" ) isə kubok,medallar və sertifikatlarla təltif olundular.
Qeyd edək ki, layihədən ümümilikdə 200-dən çox gənc yararlandı.


Oxunub: 495
Oxşar xəbərlər
SON XƏBƏRLƏR