dini radikalizm və ekstremizmlə mübarizə

Kişilərin daha çox koronavirusa yoluxmasının səbəbi açıqlandı

Kişilərin daha çox koronavirusa yoluxmasının səbəbi açıqlandı

Kişilər koronavirusa qarşı daha həssasdır.

Bu barədə “İzvestiya” araşdırmalara və ekspert rəylərinə istinadla xəbər yayıb.

Bildirilir ki, Çin Milli Səhiyyə Komissiyası ölkə xəstəxanalarında ilk ölümlərin yaş-cins tərkibini təhlil edib və koronavirusdan ölənlərin üçdə ikisinin kişilər olduğunu müəyyənləşdirib.

Rusiyalı mütəxəssislər bunu kişilərin daha çox siqaret çəkməsi ilə əlaqələndirib.

Daha bir versiyada isə bu, kişilərin xəstəliklərə qarşı genetik dözümsüzlükləri ilə əlaqələndirilib.

Rusiya Xalqlar Dostluğu Universitetinin Hi-Clinic Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Danila Konnov kişilərdə virusa yoluxma ehtimalının çox olmasını onların sosial aktivliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, Çində kişilər daha çox ünsiyyətdə olurlar və bir-biriləri ilə görüşəndə əl sıxırlar. O həmçinin, qadınların tibbi yardım üçün daha az müraciət etmələrinin də statistikaya təsir edə biləcəyini ehtimal edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyasının Səhiyyə Nazirliyi “Koronavirus 2019-nCoV”un daha çox 35-50 yaşlı kişilər üçün təhlükəli olduğu barədə məlumat yaymışdı. Bildirilmişdi ki, virusun bu ştammı irqindən və sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır – məhz onlar ölənlər və yoluxanlar arasında mütləq əksəriyyəti təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar./oxu.az

Oxunub: 505
Oxşar xəbərlər
SON XƏBƏRLƏR