Tərtərdə ananın azyaşlı övladına işgəncə verməsi ilə bağlı həmin ailə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi tərəfindən nəzarətə götürülüb.
Bu barədə APA-ya Komitədən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Tərtərin Azadqaraqoyunlu kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb. Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) maddəsilə cinayət işi başlanıb.
Oxunub: 510