dini radikalizm və ekstremizmlə mübarizə

SOCAR bu gün 100 mindən çox ağac əkəcək

SOCAR bu gün 100 mindən çox ağac əkəcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə ərazisində keçirilən "Bir gündə 650 min ağac əkək" kampaniyası çərçivəsində SOCAR kollektivi və şirkətin birgə müəssisələri tərəfindən dekabrın 6-da 100 mindən artıq ağac əkiləcək.

"APA-Economics"in məlumatına görə, bununla əlaqədar olaraq SOCAR-in prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Qala qəsəbəsi ərazisində yerləşən "Eko Park"da ağacəkmə kampaniyasında iştirak ediblər. Həmin gün şirkətin idarə və müəssisələrinin ərazisində, əsasən Abşeron yarımadasının təbii iqliminə uyğun olan 15 minə yaxın sərv, hər biri 11 min civarında tuya, oleandr və Eldar şamı, 10 mindən artıq badam, 7 mindən artıq tut tingləri, ümumilikdə isə 22 adda ağacı və gül kolları əkilib. Tinglər SOCAR-ın "Eko Park"ından götürülüb. Aksiya çərçivəsində əkilmiş ağaclara aqrotexniki qulluq göstərmək məqsədi ilə burada müasir damcı suvarma sistemi yaradılıb.

6 dekabr aksiyası çərçivəsində əkilmiş 100 min ağacın 45 mini "Azneft", 15 mini "Azərigaz" va "Azərikimya" istehsalat birliklərinin, Heydər Əliyev adına Neft Emalı Zavodunun, Qaz İxrac və Neft Kəmərləri idarələrinin, 40 mini isə digər idarə və müəssisələrinin ərazilərində əkilib. Ağacəkmə kampaniyasına SOCAR-in bir sıra birgə müəssisələri və tərəfdaş şirkətlər də qoşulub. “Ümid” İstehsalat və Təchizat Bazasının ərazisində 2 min ağac "SOCAR AQS" tərəfindən əkilib.

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR