dini radikalizm və ekstremizmlə mübarizə

Qax bələdiyyəsinə namizəd Dilarə Əhmədova Milli Məclisdə olub


Qax bələdiyyəsinə namizəd Dilarə Əhmədova ötən gün Azərbaycan Respublikasının Milli Məclisində olub. Parlamentin iş fəaliyyəti ilə yaxından tanış olan Dilarə Əliyeva 23 Dekabr bələdiyyə seçkilərində iştirakı barədə məlumat verib, rayon üçün üçün atacağı addımlardan söz açıb.

Qeyd edək ki, ölkə başçısı Cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan UGİM (Qax) komandasının məşqçisi, Respublikanın Əməkdar Məşqçisi Dilarə Əhmədova bələdiyyə üzvlüyünə namizədliyi rəsmən qeydə alınıb. Dilarə Əhmədova 23 Dekabr Bələdiyyə seçkilərində namizəd kimi iştirak edəcək.

Qax.org.az xəbər verir ki, 23 Dekabr tarixində Qax rayonu üzrə 18 bələdiyyəyə 166 üzv seçiləcək. Səsvermə dairənin rayon ərazisində fəaliyyət göstərən 58 seçki məntəqəsində keçiriləcək.

Oxunub: 927
Oxşar xəbərlər
SON XƏBƏRLƏR