dini radikalizm və ekstremizmlə mübarizə

İşləməyən ödəmə məntəqələri sərnişinləri bezdirib


Bu milli ödəmə məntəqəsi Bakının Azadlıq prospektində milyonerlər məhləsi deyilən əraziyə yaxın dayanacaqda quraşdırılıb. İl uzunu çox vaxt işləmir, ya da xırda pullar torbaya düşür, geri qayıtmır. Məsələ burasındadir ki, pul nə karta yüklənir, nə də vətəndaş öz pulun geri ala bilir. Dilsiz ağızsız dəmiri vurub qırsaq , o dəqiqə polislərimiz tökülüşüb bizi yun çubuguyla döyər. Gunaz.az saytına bu haqda beş ay əvvəl tənqidi fikirlərimi yazmışdım
. Əl telefonuma bir xanım zəng edib mənimlə nəzakətlə danışdı və bildirdi ki ustaları göndərmişik, amma o yazını zəhmət olmasa silin.Biz də bildirdik ki, yaxşı işləyin, sərnişinlər narazı qalmasın ,biz də tərif yazaq. Xanım.bildirdi ki tezliklə həmin ödəmə məntəqəsini düzəldəcəklər. Bir müddət dillənmədim.
Bir necə aydan sonra həmin yerdə kartıma xırda pul yükləmək istədim. Düzünü deyim ki, cibimdə cəmi 80 qəpik pulum var idi. Şəkildə gördüyünüz kimi xırda pullar atılan yerə mıx vurmuşdular. Həmin yerlə üzbəüz dayanacaqda isə ödəmə məntəqəsi heç əvvəldən quraşdırılmamışdı.
Bir dayanacaq məsafəni piyada gəldim.,növbəti ödəmə kartı da işləmirdi. O da işləyib - qusmaya tutulmuşdu. Cansız dəmirləri də elə bil rüşvətə öyrədiblər .Ozüdə hər axşam iki nəfər bığsız usaqlar bağlı avtomobillə gəlib dolu torbaları dəyişib boşları ilə əvəz edirlər..Oz aramısdır, hərəsi bir xışma ciblərinə qoysa iki kq ətin pulu edirki. Onsuzda hər nazir iki milyard cırpışdırırsa ,bu binəvalar bir xışma pul ogurlasalar, kimin əskiyi çıxacaq ki. Onsuzda hamı çırpişdirmağa öyrədilib. Gərək aldıgın pensiya da kişi pulu edə də.
Hə, nə başınızı ağrıdım.
Yenidən bir dayanacaq yolu da qət elədim. Birdən yadıma düşdü ki, axı piyada gəzməyin insan orqanizminə çox xeyiri var. Axı həkimlər də deyir ki, yemə, icma, acıq havada gəz.
Amma baxır necə.
7 kiloqramliq çantamı nə qədər piyada aparım ki qollarıma zor düşməsin. Axı mən ikinci dərəcəli əliləm.
Fikirləşirəm ki bu qədər sosial problemlərin olduğu bir vaxtda həmişə gecikən basabas avtobuslarda insanlar bir-birinə necə də mehriban yanaşırlar.
Allah xalqımızı qorusun, köməyinizdə olsun.


Rauf İlyasoğlu

Oxunub: 623
Oxşar xəbərlər
SON XƏBƏRLƏR