dini radikalizm və ekstremizmlə mübarizə

Nizami Cəfərov: Macarıstanın Türk Şurasının işində iştirak etməsi bizim üçün çox mühüm perspektivdir


“Müəyyən müddət idi ki, Özbəkistan Türk Şurasına üzv deyildi. Təbii ki, türk dünyasının özünün müəyyən daxili problemləri ola bilər. Biz bunu bilirik. Artıq Özbəkistan təşkilata rəsmi şəkildə üzv qəbul olundu və bu, çox təqdirəlayiq haldır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Macarıstanın Türk Şurasının işində iştirak etməsi isə bizim üçün çox mühüm perspektivdir. Çünki Avropa ölkəsi olan Macarıstan özünü türk dünyasının tərkib hissəsi hesab edir. Bu fakt türk dünyasının daxili miqyasının genişlənməsinin göstəricisidir. Macarlar türk deyil, amma türklərin də daxil olduğu altay birliyinə aiddir. Odur ki, bu cür genişlənmə bizim bir sıra digər problemlərimizi də həll edəcək.

“Qeyd edim ki, türk birliyində millətçilik əhval ruhiyyəsi, başqa millətlərə qarşı aqressiya yoxdur. Türkçülükdə bu hallar heç vaxt olmayıb. Türkçülük yalnız türk dünyasını beynəlxalq aləmin müstəqil bir hadisəsi kimi görmək, başqalarından aşağı olmamaq, irəli getmək, dünya ilə ayaqlaşmaq və s. məqamları özündə ehtiva edir. Əgər Macarıstan da Türk Şurasının işinə qoşulursa, bu, dünyanın bizim humanist addımlarımıza qiymətinin ifadəsidir”-deyə, N.Cəfərov vurğulayıb.

Oxunub: 573
Oxşar xəbərlər
SON XƏBƏRLƏR