dini radikalizm və ekstremizmlə mübarizə

Agentlik: Hava proqnozu ilə əlaqədar gəmi sahibləri, liman kapitanları və nəzarət müfəttişləri təlimatlandırılıb

Agentlik: Hava proqnozu ilə əlaqədar gəmi sahibləri, liman kapitanları və nəzarət müfəttişləri təlimatlandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan hava proqnozu ilə əlaqədar gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

Agentlikdən APA-ya verilən məlumata görə, gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda Agentliyin Milli Mərkəzi tərəfindəın ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət görülür.

Bu müddət ərzində heç bir problem və çətinlik yaşanmayıb.

Qeyd edək ki, Agentliyə daxil olan xəbərdarlıqda bildirilib ki, Xəzər Dəniz Akvatoriyasında sentyabrın 21–i səhərdən 22–si səhərədək Qərb Şimal küləyinin sürəti 18–23 metr saniyədən, arabir 28–33 metr saniyəyədək güclənəcək. Xəzərdə isə küləyin sürəti arabir 35–38 metr saniyə olacaq. Dalğanın hündürlüyü 2–4 metr, sonrakı inkişafda 5,5–7,5 metr olacaq.

Oxunub: 1 260
Oxşar xəbərlər
SON XƏBƏRLƏR