dini radikalizm və ekstremizmlə mübarizə

DMX: 83 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

DMX: 83 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

İyulun 26-da Azərbaycan Prezidenti İlham Əliyevin 83 nəfərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

APA-nın DMX-ya istinadən verdiyi xəbərə görə, Xidmətin rəisi Vüsal Hüseynov insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyətini vurğulayıb.

O bildirib ki, bu illər ərzində müraciətlərin rahat şəkildə təşkili nəzərə alınıb.

Sonra vətəndaşlığa qəbul olunan 83 nəfər təntənəli şəkildə Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində Azərbaycana sadiq olacaqları barədə and içiblər.



Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Oxunub: 508
Oxşar xəbərlər
SON XƏBƏRLƏR