dini radikalizm və ekstremizmlə mübarizə

"DOST" mərkəzlərinin fəaliyyəti ilə bağlı bir sıra qərarlara dəyişiklik edildi

"DOST" mərkəzlərinin fəaliyyəti ilə bağlı bir sıra qərarlara dəyişiklik edildi

Nazirlər Kabineti “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”na dəyişiklik edib.

Trend-in məlumatına görə, bu qaydalara əsasən, hazırda sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək təhsilə cəlb olunmayan uşaqların dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə ərizə ilə müraciət edirlər.

Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxslərin razılığı ilə digər şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirilmələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə ərizə (burada həmçinin onlara qulluq göstərə biləcək yaxın qohumlarının - doğma və ögey qardaşlar, bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələrinin olmaması barədə məlumat öz əksini tapmalıdır) ilə müraciət edirlər.

Qaydalara edilən dəyişiklik isə bu kateqoriyadan olan insanların DSMF-nin şəhər, rayon şöbələri ilə yanaşı, “DOST” mərkəzlərinə də müraciət edə bilərlər.

NK-nın qərarı ilə yuxarıda qeyd edilən dəyişiklik “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası”na da şamil edilib.

NK-nın digər qərarı ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişikliklər edib. Bu dəyişikliklərə uyğun olaraq, bu Qaydalar bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələriilə yanaşı, "DOST" mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir.

Oxunub: 598
Oxşar xəbərlər
SON XƏBƏRLƏR