"Azərbaycana səfər edəcək turistlərə çoxgirişli vizalar veriləcək. Bu istiqamətdə tərəfimizdən iş aparılır".
Djb.az-in ONA-ya istinadən məlumatına gorə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, "ASAN Viza" sistemi vasitəsilə Azərbaycana gələn turistlərə burada qalmaq və ölkəyə 1 dəfə giriş üçün 30 günlük viza verilir: "Bəzən turistlər 30 günlük viza ilə ölkəyə gəlir, amma 1 həftə qaldıqdan sonra geri qayıdır və düşünür ki, həmin 30 gün müddətində yenidən ölkəyə səfər edə biləcək. Amma bu, elə deyil. Turist ölkəyə yenidən səfər edən zaman “ASAN Viza" vasitəsilə yeni viza almalıdır. Çoxgirişli vizalar üçün müraciət edən turistlərə 180 gün müddət veriləcək. Həmin müddətdə turist ölkəyə istənilən sayda səfər edə biləcək".
Direktor qeyd edib ki, çoxgirişli viza rüsumunun məbləğinin müəyyənləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müvafiq təkliflər verilib.