"Azərsun-Holdinq” Şirkətlər Qrupu Hacıqabul rayonunun Padarçöl kəndi ərazisində yaradılmış “Padar Aqropark” Heyvandarlıq və kənd təsərrüfatı kompleksində görülən işlər barədə jurnalistlər üçün media-tur təşkil edib.
Djb.az-in ONA-ya istinadən məlumatına gorə, 5500 baş südlük inək üçün nəzərdə tutulan aqaroparkda hazırda 2000 başdan çox “Holşten-friz” cinsli südlük iribuynuzlu heyvan saxlanılır.
Aqroparkda İsrail və İtaliyanın istehsalı olan müasir texnoloji avadanlıqlar quraşıdrılıb.
Tam avtomatlaşıdırılmış sağım sexi, heyvanalar yaşlarına və boğazlılıq dövrünə görə müxtəlif fermalarda saxlanılır. 920 sağılan inəyi olan aqropark gün ərzində Kürdəmirdə yerləşən süd emalı zavoduna 30-32 ton süd təhvil verir.
Hazırda aqroparkda ikinci texnoloji xəttin işə salınması üzrə tikinti-quraşdırma işləri aparılır.
Aqroparkın icraçı direktoru Nəbi Paşayevin bildirdiyinə görə, aqroparkda heyvanların sayı 5500-ə çatdırıldıqdan sonra gündə 65-80 ton süd istehsalı nəzərdə tutulur. İkinci xəttin işə düşməsindən sonra Kürdəmir süd emalı zavodunda keyfiyyətli kərə yağının istehsalına start veriləcək.
Aqroparkın ərazisndə 4200 hektar ərazidə heyvan yemi istehsalında istifadə olunan dənlik bitkilər-arpa, buğda, silos və digər bitkilər əkilir ki, bu da heyvanların yem ehtiyyatını tam qarşılayır.