Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Daimi komitəsinin toplantısında iştirak etmək üçün aprelin 1-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
Djb.az-ın Teleqraf.com-a istinadən məlumatına gorə, QDİƏT Parlament Məclisinin Daimi komitəsi və Baltik Assambleyasının birgə görüşündə “Okeanlarımızın və dəniz həyatının qorunması” mövzusunda müzakirələr aparılacaq.
Görüşdə üzv ölkələrin milli nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər.
Sonra Eldar Quliyev Almaniyanın paytaxtı Berlinə yola düşəcək. Burada o, müəllifi olduğu “Qlobal qida təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına görə “İlin Alimi” medalı ilə təltif olunacaq.