İlin sonuna qədər Azərbaycanda CNG (Sıxılmış təbii qaz) ilə işləyən "Khazar" maşınları istehsal olunacaq. Bu barədə "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir. Bununla yanaşı, ASC sədri yaxın gələcəkdə elektrik avtomobillərinin istehsalının mümkün olmadığını vurğulayıb. (Azvision.az)