dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda ictimai nəqliyyatda mobil ödənişlər tətbiq olunacaq

Azərbaycanda ictimai nəqliyyatda mobil ödənişlər tətbiq olunacaq

Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” bu ilin sonunadək mobil ödəniş sisteminin tətbiqini planlaşdırır. Bu barədə ONA-ya şirkətin prezidenti Vahid Mürsəliyev məlumat verib.

Bu növ ödənişin ictimai nəqliyyatda mümkün olub-olmadığına gəldikdə, şirkət rəhbəri qeyd edib ki, bu məsələ nəqliyyat sisteminin texniki hazırlığından asılı olacaq.

“Biz bu xidməti təqdim edəcəyik. Kim ona hazır olacaqsa, o da tətbiq edəcək. Yəqin, gələcəkdə bu növ ödənişlər ictimai nəqliyyatda da mümkün olacaq. Ümumiyyətlə, gələcəkdə bütün xidmətlər, o cümlədən nəqliyyatda da olan xidmətlər rəqəmsallaşdırılacaq”, - deyə V. Mürsəliyev bildirib.

Şirkətin əsas planları barədə danışan V. Mürsəliyev onu da qeyd edib ki, hazırda gündəlikdə duran vacib məsələ şirkətin rebrendinqidir və bu prosesin icrası cari il ərzində həyata keçiriləcəyi nəzərdə tutulub.

“Bu il nəzərdə tutulan digər əsas məqam 4G şəbəkəmizi genişləndirməkdir ki, bu istiqamətdə də hazırda olduqca ciddi işlər aparılır. Müəyyən nəticələr artıq ciddi şəkildə hiss edilməkdədir. Yaxın zamanlarda 4G şəbəkəmiz nəinki Bakı və Abşeron yarımadasını, eləcə də bütün ölkə ərazisini tam əhatə edəcək. Sözügedən işlərin icrasına lazım olan investisiyalar ayrılacaq”, - deyə şirkətin prezidenti əlavə edib.

Oxunub: 634
Oxşar xəbərlər
SON XƏBƏRLƏR