Bakının Səbail və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən bildirilib.
Məlumatda deyilir ki, Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 11 yanvar 2019-cu il tarixində Səbail və Nəsimi rayonlarının bir hissəsinə (mərkəzi küçələrə) içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.